Sumqayıtlı məşqçi Samir Abasov doğma şəhərinə dönüb. Sumqayıt24 bu barədə 26 sentyabr tarixində Sportinfo.az-a istinadən xəbər verir.
“Sumqayıt” futbol klubu keçmiş çalışdırıcısı ilə yenidən danışıqlar aparıb. Mütəxəssis müqavilə şərtlərində qarşılıqlı güzəştə gedib. Nəticədə, tərəflər arasında 3 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, may ayında “Neftçi”dən ayrılan Abasov illik 150 min manat maaş alacaq.