“Sumqayıt” FK-nın yeni baş məşqçisinin ölkəmizə gələcəyi vaxt açıqlanıb. Bu haqda Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, Aleksey Baqa komandamızın məşqlərinə bayramdan sonra qatılacaq. Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun sözlərinə görə, ilk öncə məşqçinin təqdimat mərasimi keçiriləcək və Baqanın köməkçiləri həmin vaxt bəlli olacaq.
Qeyd olunub ki, “Sumqayıt” klubu 5 yanvar tarixində təlim-məşq toplanışına yığışacaq. Daha sonra isə, komandamız Türkiyədə 3 yoxlama oyunu keçirəcək.