Azərbaycan Premyer Liqası ilə bağlı növbəti statistika tərtib olunub. Sumqayıt24 bu haqda 15 iyun tarixində xəbər verir.
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi mövsüm ərzində ən çox dəqiq ötürmə verən komandaları açıqlayıb. Siyahıya əsasən, “Sumqayıt” futbol klubu 6-ci pillədə qərarlaşıb. Futbolçularımızın ötürmələrinin 82,2%-i dəqiq alınıb.