"Sumqayıt"ın keçmiş futbolçusu Abu Dosso 21 min manatdan artıq vergi borcunu ödəməyib.
Qaynarinfo-nun məlumatına görə, Fil Dişi Sahilindən (Kot d’İvuar) olan legionerin Dövlət Vergi Xidmətinə 21.721,64 manat vergi borcu var.
Ötən mövsümün sonunda ölkəmizi tərk edən futbolçu barəsində Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilib və onun "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında" iddia qaldırılıb.
İşə hakim İslam Əliyevin sədrliyi ilə baxılacaq.