Sərbəst güləş üzrə "Çempion" kəməri uğrunda açıq turnir keçirilib. Sumqayıt24 bu haqda 23 may tarixində xəbər verir.
Sumqayıt Olimpiya İdman Kompleksinin idmançıları - Nahid Məmmədli (65 kq) 2-ci yerə, Ömər İbrahimxəlil (35 kq) və İlqar Nəzərli (80 kq) 3-cü yerlərə layiq görülüblər. Onlara medallar və diplomlar təqdim edilib.
Qeyd edək ki, adları çəkilən idmançılar Xəyal müəllimin tələbələridir.