“Sumqayıt” futbol klubu daha bir futbolçunun keçidini reallaşdırıb.
Sumqayit24.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq Özbəkistanın Fərqanə şəhərinin "Neftçi" klubunda çıxış etmiş Cəsurbek Cəloliddinovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
22 yaşlı yarımmüdafiəçi “Sumqayıt” FK-nın heyətində 77 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Paris-2024” Olimpiadasının iştirakçısı olmuş Cəsurbek Cəloliddinov karyerası ərzində “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” (hamısı Özbəkistan), “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarında çıxış edib. O, Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub.