“Sumqayıt” klubu səfərdən 1 xalla qayıdıb. Sumqayıt24 bu haqda 4 dekabr tarixində xəbər verir.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunları keçirilib. Komandamız "Turan Tovuz"un qonağı olub. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Qollarımızı 6-cı dəqiqədə Elvin Bədəlov, 35-ci dəqiqədə isə Roi Kehat vurublar. Hazırda "Sumqayıt" 23 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.