“Sumqayıt” futbol klubu mövsümün sonunda daha bir futbolçu ilə müqaviləni yeniləməyəcək. Bu haqda 10 may tarixində Sumqayıt24 Bizim.media-ya istinadən xəbər verir.
"Gənclik şəhəri" təmsilçisi müdafiəçi Stiven Pereyra ilə yollarını ayıracaq. Legioner cari mövsümün əvvəlində “Sumqayıt”a transfer olunub.
Onunla 2 illik müqavilə imzalansa da, Pereyra məşqçilərin etimadını doğrultmayıb. Məhz bu səbəbdən də futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunacaq.