“Sumqayıt” klubu “Kəpəz”i məğlub edib. Sumqayıt24 bu haqda 9 oktyabr tarixində xəbər verir.
Komandalar futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşıblar. "Kapital Bank Arena"dakı matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 62-ci dəqiqədə Roi Kehat vurub.
Xallarının sayını 11-ə yüksəldən "kimyaçılar" 6-cı sıradakı "Turan Tovuz"a çatıblar. Gəncə klubu isə 5 xalla sonuncu, 10-cu sıradadır.