"Sumqayıt" FK "Şamaxı"nın futbolçusu ilə maraqlanır. Bu haqda 10 iyun tarixində Sumqayıt24 Rekord.az-a istinadən məlumat verir.
“Kimyaçılar” yerli futbolçu Fuad Bayramovu heyətinə qatmaq istəyirlər. Lakin Fuada digər təkliflər də var. Bununla bərabər, Premyer Liqada qalacağı təqdirdə "Şamaxı" özü də onu saxlamaqda və məvacibini artırmaqda maraqlıdır.