"Sumqayıt" - "Turan Tovuz" qarşılaşmasının biletləri satışa çıxarılıb.
Sumqayit24.az xəbər verir ki, Misli Premyer Liqasının 10-cu turu çərçivəsində keçiriləcək qarşılaşma oktyabrın 20-də saat 20:00-da Mehdi Hüseynzadə adına şəhər stadionunda təşkil olunacaq.
Biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyundan 1 gün öncə saat 14:00-19:00 arası, oyun günü isə 12:00-dan etibarən şəhər stadionunun kassasından əldə etmək mümkündür.
Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.
iTicket.az saytından Birbank Cashback Mastercard kartları ilə alınmış biletlərə 30% keşbek tətbiq ediləcək.