Sumqayıt üzgüçülük komandasının üzvləri Avropa İdman Həftəsi çərçivəsində “Beactive” idman əyləncə yarışlarında uğurla çıxış ediblər.
Sumqayit24.az xəbər verir ki, turnir Quba şəhərində təşkil olunub. Yarışların 3-cü günündə Sumqayıt komandasının 2014-2015-ci il təvəllüdlü idmançıları Nərmin Ramazanova, Nihad Həsənli 1-ci, Leyla Həsənli 2-ci, 2012-2013-cü illər arasında isə Nihad Abdullayev 1-ci yeri tutub.
Qeyd edək ki, Abşeron-Xızı Regionunda 140-a yaxın həvəskar idmançı müxtəlif idman növləri üzrə yarışlara qatılaraq qalib və mükafatçı olub.