Azərbaycan Premyer Liqasında mövsümün ikinci məhsuldar turu olub.
Sumqayit24.az xəbər verir ki, 10-cu turda komandalar ümumilikdə 18 dəfə fərqləniblər. Ən çox, yəni 6 qol isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən "Sumqayıt" - "Turan Tovuz" oyununda (2:4) vurulub.
Qeyd edək ki, turun beş matçında orta məhsuldarlıq 3.60-a bərabər olub. Yalnız VIII turda daha çox qol vurulub (19).