Sumqayıt üzrə idman afişası açıqlanıb. Sumqayıt24 bu haqda 15 may tarixində Gənclər və İdman Nazirliyinə (GİN) istinadən xəbər verir.
Həftə ərzində (15-21 may) şəhərimizdə aşağıdakı idman tədbirləri keçiriləcək:
- 2009-2010-cu illər təvəllüdlü oğlanlar arasında 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açıq birinciliyi - 18-21 may saat 15:00 (27 saylı məktəb);
- Şahmat üzrə tempo turniri - 20 may saat 15:00 (Heydər Əliyev parkı, 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbi).