Sumqayıtda "Zəfər kuboku" uğrunda minifutbol turniri keçirilib. Sumqayıt24 bu haqda 9 noyabr tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
8 Noyabr – Zəfər Gününə həsr edilmiş yarışda idarə, müəssisə və təşkilatlar mübarizə aparıb. Nəticədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin komandası birinci, “GİLTELX” MMC-nin kollektivi ikinci, “STP GLOBAL CABLE” MMC-nin üzvləri isə üçüncü yerə layiq görülüblər.