Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş idman tədbirləri keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, noyabrın 1-də saat 10:00-da Sumqayıt Bulvarında ümumtəhsil müəssisələri arasında kros üzrə şəhər birinciliyi təşkil olunacaq. 1-2 noyabr tarixlərində isə 2012-ci il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında stolüstü tennis üzrə şəhər birinciliyi baş tutacaq. Yarış saat 10:00-da “Qarabağ NN” stolüstü tennis bazasında keçiriləcək.