Xanım paracüdoçumuz Qran-pridə nəticə göstərib. Sumqayıt24 bu haqda 7 dekabr tarixində xəbər verir.
Sözügedən yarış Yaponiyanın paytaxtı Tokio şəhərində təşkil olunub. Sumqayıt idmançısı Xanım Hüseynova 70 kq çəki dərəcəsində J2 kateqoriyasında gümüş medala sahib çıxıb.
Qeyd edək ki, digər sumqayıtlı paracüdoçular – İlham Zəkiyev, Namiq Abaslı, Şəhanə Hacıyeva və Vüqar Şirinli də Qran-pridə mükafatlar qazanıblar.