“Sumqayıt”ın dörd futbolçusu millimizin təlim-məşq toplanışına qatılır. Sumqayıt24 bu barədə 20 sentyabr tarixində Affa.az-a istinadən xəbər verir.
U-16 Azərbaycan yığmasının ayın 21-dən 25-dək Bakıda, 26-dan 30-dək Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı olacaq. Sentyabrın 27-də və 29-da isə Türkiyə komandasına qarşı iki yoldaşlıq oyunu keçiriləcək.
Hazırkı heyətdə “kimyaçılar”ın oyunçuları Aftandil Arıxov, Vüsal Paşayev, Dilavər Verdiyev və Toğrul Tapdıqlı da var. Yoldaşlıq matçları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.