“Sumqayıt”ın futbolçusu cəzalandırılıb. Sumqayıt24 bu haqda 9 noyabr tarixində xəbər verir.
AFFA İntizam Komitəsinin iclası keçirilib. U-17 Liqasında keçirilən “Sumqayıt” FK – “Neftçi” PFK oyununda kobud oyuna görə qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Şükür Cəfərli ilə bağlı qərar verilib. Gənc idmançı 2 matç yaşıl meydanlardan uzaq qalacaq.