U-15 millimizin UEFA İnkişaf turniri üçün yekun heyəti açıqlanıb. Sumqayıt24 bu haqda 22 avqust tarixində AFFA-ya istinadən xəbər verir.
Futbol yarışı Estoniyanın paytaxtı Tallində keçiriləcək. Baş məşqçi İlham Yadullayev turnirə 17 oyunçu aparmaq qərarına gəlib. Onların arasında “Sumqayıt”ın futbolçusu Amil Abuşov (“Sumqayıt”) da yer alıb.
Qeyd edək ki, U-15 millimiz avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya, üç gün sonra isə Moldova yığması ilə qarşılaşacaq.