Azərbaycan Premyer Liqasında oyun proqramı açıqlanıb. Sumqayıt24 bu haqda 6 yanvar tarixində xəbər verir.
Futbol ictimaiyyətinə Azərbaycan Premyer Liqasının XIX turunun cədvəli açıqlanıb. “Sumqayıt” klubu yanvarın 23-də “Qəbələ”nin qonağı olacaq. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.
“Sumqayıt” komandası hazırda 27 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Kimyaçılar” son turda “Səbail”ə 1:0 hesabı ilə qalib gəliblər.