“Sumqayıt” - “Neftçi” matçına giriş biletlə olacaq. Sumqayıt24 bu haqda 17 yanvar tarixində xəbər verir.
“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev “iTicket”lə razılaşdıqlarını vurğulayıb:
“Yaxın günlərdə bilet satışını elan edəcəyik. Qiymətlər barədə yekun qərar olmasa da, bütün azarkeşlərimizin bizi izləyə bilmələri üçün münasib rəqəmlər nəzərdə tutulacaq”.
Qeyd edək ki, qarşılaşma fevralın 4-də saat 15:00-da Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutacaq.