Sumqayıtlı məktəbli karate idman növü üzrə turnirdə uğurla çıxış edib. Sumqayıt24 bu barədə 3 oktyabr tarixində məlumat verir.
27 Sentyabr - Anım Gününə həsr olunmuş şəhər birinciliyində 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nizami Məmmədov 1-ci yerə layiq görülüb. O, 52 kq çəki dərəcəsində mübarizə aparıb.