Sumqayıtlı şahmatçıların da iştirak etdiyi rapid üzrə Dünya çempionatı yekunlaşdı. Sumqayıt24 bu haqda birinciliyin rəsmi saytına istinadən xəbər verir.
Belə ki, kişilər arasında yarışda Şəhriyar Məmmədyarov 8-ci yeri tutub. 13 turdan sonra onun hesabında 9 xal var. Digər idmançımız Vasif Durarbəyli isə 6 xalla 118-ci yerdə qərarlaşıb.
Şəhərimizi təmsil edən qadın şahmatçılarımız Türkan və Zeynəb Məmmədyarovalar 5,5 xalla müvafiq olaraq 44 və 50-ci yerləri bölüşüblər.
Qeyd edək ki, yarışın ümümi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.