Sumqayıt idmançısı Fərhad Rəcəbli birinci yeri tutdu. Sumqayıt24 bu haqda 9 iyun tarixində Gənclər və İdman Baş İdarəsinə (GİBİ) istinadən xəbər verir.
Sloveniyanın Podçetrtek şəhərində usta cüdoçular arasında Avropa çempionatı keçirilib. Fərhad Rəcəbli -90 çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, onun usta cüdoçular arasında Avropa çempionatlarında qazandığı 9-cu qızıl medalıdır.