Sumqayıtın veteran cüdoçuları Dünya çempionatında fərqləniblər. Bu barədə 12 sentyabr tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Çempionat Polşanın Krakov şəhərində 8-11 sentyabr tarixlərində keçirilib. Yarışda iştirak edən şəhərin usta cüdoçuları Babək Hacıyev (60 kq) qızıl, Murad Rəcəbli (90kq), Qurban Məmmədli (+100kq) gümüş, Emil Hüseynov (100 kq) isə bürünc medala sahib olublar.
Daha öncə Fərhad Rəcəblinin sözügedən çempionatda 10-cu dəfə qızıl medal qazanması barədə məlumat vermişdik.