Qızlardan ibarət “Sumqayıt” voleybol komandası növbəti oyununa hazırlaşır. Bu haqda 16 fevral tarixində Sumqayıt24 Voleybol Federasiyasına istinadən məlumat verir.
Azərbaycan Voleybol Federasiyasının idman zalında 16 yaşadək (U-16) voleybolçu qızların birinciliyi keçiriləcək. Təmsilçimiz bu yarışda “Ryuqa” komandası ilə qarşılaşacaq. Oyun fevralın 17-də saat 13:00-da baş tutacaq.