“Sumqayıt”ın futbolçusu əməliyyat olunub. Sumqayıt24 bu haqda 25 dekabr tarixində xəbər verir.
Yarımmüdafiəçi Vüqar Mustafayevin sağ dizində zədə ilə bağlı osteofit çıxıntılar yaranıb. Bu səbəbdən cərrahi müdaxiləyə ehtiyac yaranıb. Mustafayevin əməliyyatı Bakıdakı özəl klinikada baş tutub.
Onun iki ay ərzində yaşıl meydanlara dönməsi planlaşdırılır.