Sumqayıt idmançıları yarışdan medallarla dönüblər. Sumqayıt24 bu haqda 13 oktyabr tarixində xəbər verir.
Ulu öndər Heydər Əliyevin xatirəsinə "Günəşli" idman klubunun açıq birinciliyi keçirilib. Sumqayıt Olimpiya İdman Kompleksinin cüdo məşqçisi Toğrul Məmmədovun tələbələri – 10 yaşlı Yağmur Qəhrəmanzadə 25 kq, 13 yaşlı Nərmin Fəttahova 36 kq, 13 yaşlı Fatimə Əzizli 36 kq, 11 yaşlı Tərlan Azayev 27 kq çəki dərəcələri üzrə çempion olublar.
Həmçinin 9 yaşlı Kamran Mütəllimli 21 kq, 9 yaşlı Uğur Sadıqov 27 kq, 11 yaşlı Taleh Məmmədli 46 kq çəki dərəcələri üzrə 3-cü yerə, 11 yaşlı Nurlan Kərimov isə 50 kq çəki dərəcəsi üzrə 2-ci yerə layiq görülüblər.
Məşqçi Fuad Abbasovun tələbələri 10 yaşlı Uğur Bəkirov 27 kq, 9 yaşlı Nicat Yunuslu isə 30 kq çəki dərəcələri üzrə 3-cü yeri tutublar.
İdmançılar medal və diplomlarla təltif ediliblər.