Sumqayıt şahmat məktəbinin yetirməsi turnirdə iştirak edib. Bu haqda 22 may tarixində Sumqayıt24 Gənclər və İdman Baş idarəsinə istinadən xəbər verir.
Albaniyanın Dürres şəhərində 15 yaşadək qızlar arasında Avropa çempionatı baş tutub. Şahmatçımız Nurtən Nuriyeva yarışın bürünc medalına layiq görülüb.
Qeyd edək ki, Nurtən Nuriyevanın məşqçisi Vüqar Bayramovdur.