Sumqayıtda yunan-Roma güləşi üzrə şəhər birinciliyinə yekun vurulub. Bu barədə 23 sentyabr tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
27 Sentyabr - Anım Gününə həsr edilmiş turnir 33 nömrəli tam orta məktəbin idman zalında baş tutub. Yarış 13-14 yaş arası yeniyetmələr arasında keçirilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Ayxan Ələkbərov, Emir Şükürov, Yusif Mehdiyev, Ömər Hüseynov, Xəzər İbrahimov, Rauf Mütəllimov, Əli Məmmədov, Rihad İbrahimli, Məhəmməd Orucov və Murad İsayev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri Fərman, medal və hədiyyələrlə təltif olunublar.