Sumqayıtda üzgüçülük idman növü üzrə açıq birincilik keçiriləcək. Bu haqda 1 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Zəfər Günü ilə əlaqədar təşkil olunan yarış 2013, 2014-2015 və 2016-cı il təvəllüdlü oğlan və qızlar arasında keçiriləcək.
Turnir 4 noyabr saat 10:00-da 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutacaq.