top
16 yaşlı Turanı öldürən şəxs ifadə verib
16 may 2023, 07:17
- ↺ +

16 yaşlı Turanı öldürən şəxs ifadə verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirən Ruslan Səfixanovun məhkəmə iclası davam etdirilib. Sumqayıt24 bu haqda 16 may tarixində Report.az-a istinadən xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Turanın anası Sevinc Xəlilova onun hüquqi varisi kimi, atası Zəka Rüstəmov isə şahid qismində tanınıb.

Daha sonra prokuror Rauf Malışov iş üzrə ittiham aktını elan edib.

R. Səfixanov özünü qismən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

O deyib ki, hadisə söyüş üstündə baş verib:

"Turnirə komandamızla birlikdə getmişdik. Yarışa baxmaq üçün özümə yer axtarırdım. Bir də gördüm ki, Turan ayağını oturmaq istədiyim oturacağın üstünə qoyub. Ona nəzakətlə ayağını götürməyini dedim. Turan isə əvəzində məni təhqir etdi. Buna görə onun sifətinə şillə vurdum. Daha sonra o, mənə təpik vurdu və beləcə əlbəyaxa olduq. Yarışdan qabaq isə az miqdarda spirtli içki qəbul etmişdim. Dava edən zaman bıçaq cibimdən yerə düşdü. Həmin bıçağı "1001 xırdavat" mağazasından almışdım. Eyni zamanda idman kompleksi ilə üzbəüz yerləşən mağazadan yarışdan gec çıxacağımızı nəzərə alaraq, kolbasa, sərinləşdirici içkilər və çörək almışdım. Bıçağı da məhz kolbasa doğramaq üçün istifadə edəcəkdim.

Dava əsnasında Turan mənim valideynlərimi söydü. Bundan sonra bıçaqla onu vurdum. Hadisədən dərhal sonra polislərə özüm təslim oldum. Törətdiyim əməldən peşmanam".

Şahid qismində isə Zəka Rüstəmov dindirilib. Onun sözlərinə görə, hadisə anında dostları ilə birgə yaşadığı Yevlax rayonunda olub:

“Çay içirdik və birdən Nail müəllim mənə zəng vurub dedi ki, Turanı bıçaqlayıblar, təcili Bakıya gəlim. Artıq yola rəvan olanda xəbər aldım ki, oğlum rəhmətə gedib. Turan keçmiş həyat yoldaşımla birgə yaşayırdı".

Zərərçəkmişin hüquqi varisi S. Xəlilova da ifadə verib. O bildirib ki, mərhum oğlu hər zaman həmyaşıdları arasında tərbiyəsi və təmkini ilə seçilib: "Turanı kasıbçılıqla böyütmüşəm. Onun yaşamaq həvəsi olduqca böyük idi, 9 yaşından idmanda böyük nailiyyətlər qazanmağa başlamışdı. Hadisə günü mənə zəng edib dedilər ki, Turan kiminləsə dalaşıb. Sonradan ölüm xəbərini eşitdim, qulaqlarıma inana bilmədim. Məhkəmədən Turanı öldürən şəxsə ən ağır cəzanın verilməsini istəyirəm".

Sonda Turanın məşqçisi Əliağa Səfərov dindirilib. O, hadisə zamanı Şağan İdman Kompleksinin digər tərəfində olduğunu bildirib:

"Təxminən 14:30-da Turanın çəki dərəcələri mübarizəyə qoşuldular. O, birinci və ikinci görüşünü yüksək səviyyədə keçirərək qələbə qazanmışdı. Hadisədən əvvəl Turanı cinayətin baş verdiyi yerdə oturdaraq hakimlər komitəsinə tərəf getdim. Hakimlərdən onun növbəti rəqiblərinin kim olması ilə maraqlandım. Daha sonra dava düşdüyünü gördüm, yaxınlaşanda Turan qan içində idi".

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.

Sumqayıt sakini, 21 yaşlı R. Səfixanovun mübahisə zamanı Yevlax rayon sakini, 16 yaşlı T. Rüstəmovu bıçaqlayaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Bu gün, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Bu gün, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Bu gün, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Bu gün, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
Dünən, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
07 noyabr 2026, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
07 noyabr 2026, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
07 noyabr 2026, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
07 noyabr 2026, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
07 noyabr 2026, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
07 noyabr 2026, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Oxşar xəbərlər