top
Şəhid anasını oğlunun sağ olmasına inandırıb, pulunu aldılar
08 fevral 2024, 05:25
- ↺ +

Şəhid anasını oğlunun sağ olmasına inandırıb, pulunu aldılar

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzların məhkəməsi olub. Sumqayıt24 bu haqda 8 fevral tarixində Apa.az-a istinadən xəbər verir.

Şəhid anasına və digər şəxslərə qarşı dələduzluqda ittiham edilən Nuranə Orucova və Sabrina Süleymanovanın cinayət işlərinə hakim Fəhmin Hümbətov baxıb.

Məhkəmə prosesində çıxış edən prokuror Samir Məmmədov onların dəymiş ziyanı ödədiklərini nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunmalarını istəyib.

Daha sonra hökm oxunub. Bildirilib ki, şəhid anasına dəymiş ziyanın tam ödənilməsi təmin edilib, qadın təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayətinin olmadığını bildirib.

Hökmə əsasən, təqsirləndirilən Nuranə Orucova barəsində polis nəzarətində olma qətimkan tədbiri ləğv olunub, cinayət işinə xitam verilib. Məhkəmə ona 2000 manat məbləğində cərimə tətbiq edib. Cərimənin 6 ay ərzində ödənməli olması haqda qərar çıxarılıb.

Sabrina Süleymanovanın cinayət işinə də xitam verilib.

Qeyd edək ki, ötən prosesdə vurulan zərərin tam ödədildiyi açıqlanıb və bu barədə qəbz məhkəməyə təqdim edilib. Bu səbəbdən zərərçəkmişlər təqsirləndirilənlərdən şikayətçi olmadıqlarını açıqlayıblar və məhkəməyə barışıq ərizəsi təqdim edilib.

Xatırladaq ki, araşdırmalar zamanı məlum olub ki, Xaçmaz rayon sakini Nuranə Orucova həmkəndlisi Sabrina Süleymanova ilə əlbir olaraq müxtəlif şəxslərə onları məktəbdə işə düzəldəcəklərinə dair vədlər verib. Bunun qarşılığında onlardan müxtəlif məbləğlərdə pul alıblar.

Onlar vətəndaşlara qarşı ümumilikdə 20 min manat məbləğində dələduzluq etməkdə təqsirli bilinirlər.
N. Orucova və S. Süleymanova şəhid anası Zabilə Musayevaya qarşı da dələduzluqda ittiham olunurlar. N. Orucova Vətən müharibəsində şəhid olan Əliheydər Hüseynlinin anasına zəng edərək özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edib. Onu inandırıb ki, oğlu sağdır və əsirlikdədir. N. Orucova Əliheydərin sağ-salamat gələcəyi vədini verərək Z. Musayevadan 4000 manat pul alıb.

Təqsirləndirilən şəxslər istintaq müddətində vətəndaşlara vurduqları ziyanın 12 min manatını ödəyiblər.

Qeyd edək ki, Əliheydər Hüseynli Vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə vuruşub. O, Xocavənddə gedən döyüşlər zamanı həlak olub. Şəhid “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər