top
Sumqayıtda parkovşik iki manat verməyən sürücünü DÖYDÜ
31 oktyabr 2025, 17:52
- ↺ +

Sumqayıtda "parkovşik" iki manat verməyən sürücünü DÖYDÜ

Sumqayıtda sürücü ilə parklanma nəzarətçisi arasında pul üstündə dava olub.

Lent.az-ın məlumatına görə, hadisə 11-ci məhəllədə, "Sevgilim" şadlıq sarayının yaxınlığında baş verib.

48 yaşlı Masallı rayon sakini Bəşir Quliyev (ad və soyad şərtidir) mübahisə zamanı sürücünün üz nahiyəsinə yumruqla zərbə vurub. Nəticədə zərərçəkən yerə yıxılıb və müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu əməlinə görə, Bəşir Quliyev barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bibisi oğlu "Sevgilim" şadlıq sarayının yanında parklanma nəzarətçisi (parkovşik) işləyir:

"Gecə saat 10-11 radələrində toydan çıxan şəxs avtomobilinə yaxınlaşdı və bibim oğluna 2 ədəd 50 qəpik verib "Sənə heç bu da düşmür" dedi. Sonra da onun valideynlərini təhqir etdi. Mən də oturub çay içirdim. Yaxınlarımın təhqir olunmasına dözmədim və onlara yaxınlaşdım. Bibim oğlunu söyən şəxsin başının arxasına sillə vurdum, başı maşına dəydi"".

Bəşir Quliyev əlavə olaraq bildirib ki, zərərçəkənlə barışıq əldə olunub və ona qarşı şikayəti yoxdur.

Zərərçəkənin sözlərinə görə isə, içkili olduğu üçün maşını idarə etməyi Cavid adlı şəxsə tapşırıb:

"Cavidə pul verdim ki, "parkovşik"ə versin. 2 ədəd 50 qəpiyi "parkovşik"ə verəndən sonra, məbləğin az olduğuna işarə edərək, dilənçi olmadığını dedi. Mən də onlara dedim ki, burda əziyyət çəkdikləri üçün pul verirəm, yoxsa sizə pul verməli deyiləm. Onlar məndən 2 manat istədilər. Cavab verdim ki, Sumqayıtın heç yerində 2 manata parklanma yoxdur. Bundan sonra onlar məni söydülər. Ola bilsin ki, içkili olduğum üçün mən də söyüş söymüşəm. Mübahisə zamanı mənə 3 yumruq zərbəsi vuruldu, xəstəxanada başıma 8 tikiş qoyulub".

Zərərçəkən də təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və Bəşir Quliyev məsuliyyətdən azad olunub.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər