Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri 1 saylı Şəhər Xəstəxanasında olublar. Sumqayıt24 bu haqda 5 may tarixində xəbər verir.
Onlar Hemodializ şöbəsini ziyarət ediblər. İxtisaslı Tibbi Yardım Departamentinin Xüsusi Profilli Xidmətlərin Təşkili Şöbəsinin əməkdaşları və "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi üzrə” Komissiyanın bir qrup üzvü görülən işlərlə yerində tanış olublar.
Tibb ocağının rəhbərliyi, şöbə müdirləri və məsul tibb işçiləri ilə birlikdə hemodializ şöbəsinin ümumi fəaliyyəti, xəstələrə göstərilən xidmətin keyfiyyəti dəyərləndirilib. Hemodializ şöbəsinə müxtəlif təlimatlar verilib, tibbi personalın sualları cavablandırılıb, irəli sürülən təkliflər dinlənilib.