Sumqayıtın məhəllələrindən birində antisanitar vəziyyət hökm sürür.
Bu barədə Sumqayit24.az-a 76-cı məhəllə, Hafiz Baxış küçəsinin sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, yaşadıqları ərazinin yaxınlığında zibil qutularının olmaması səbəbindən məişət tullantıları divarlardan asılır.
Sakinlər bildirirlər ki, bu vəziyyət ərazidə həm antisanitar vəziyyət yaradır, həm də xoşagəlməz görüntüyə səbəb olur.
Bundan əlavə, şikayətçilərin iddiasına görə, zibillər vaxtında daşınmır. Nəticədə ərazidə üfunət yaranır və burada hərəkət etmək çətinləşir.
Vətəndaşlar aidiyyəti qurumlardan sözügedən ünvanda zibil konteynerlərinin yerləşdirilməsini tələb edirlər.