top
İcra başçısının arpa işi Sumqayıt məhkəməsində
17 sentyabr 2026, 16:00
- ↺ +

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Xaçmaz Rayon Məhkəməsinin qərarından narazıdır. Başçı ondan aldığı arpanın pulunu tələb edən Şabran rayonunun Uzunboyad kənd sakinləri - təqaüddə olan məktəb müəlliməsi Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradovun cəzalandırılmasını tələb edir.

Məlumata görə, Asif Hüseynov Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verib. İcra başçısı "arpa işi"ndə məhkəmənin onun xüsusi ittiham qaydasında verdiyi şikayəti qəbuledilməz hesab etməsi ilə barışımaq istəmir.

Asif Hüseynov 1 ilə yaxındır ki, Şabran, ardınca isə Xaçmaz rayon məhkəmələrində xüsusi ittiham qaydasında verdiyi şikayətin qəbul edilərək baxılmasına çalışıb. Lakin nəticə əldə edə bilməyib. Ən son qərarı iyulun sonlarında Xaçmaz Rayon Məhkəməsinin hakimi Samir Bayramov verib və icra başçısının şikayəti əsassız hesab edilərək təmin olunmayıb.

Beləliklə, icra başçısı Asif Hüseynovun 10 min 500 manatlıq arpa alması, pulunu ödəməməsi ilə bağlı mətbuata danışan kənd sakinlərini cinayət məsuliyyətinə cəlb etdirmək cəhdi nəticəsiz qalıb. İcra başçısı Asif Hüseynov Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradovunn Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinməsini istəyirdi.

Mübahisənin əsasını 2022-ci ildə baş verdiyi bildirilən 15 ton toxumluq arpa alqı-satqısı dayanır. Vüsal Muradov mətbuata açıqlamasında bildirib ki, anası Səbirə Vəliyeva ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı rayon icra başçısına nisyə satıb, lakin 3 ildən artıq vaxt keçməsinə baxmayaraq pulunu ala bilməyib.

Zərərçəkən tərəfin israrlı şikayətlərindən sonra Asif Hüseynov ana və oğluna qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. İşə Xaçmaz Rayon Məhkəməsindı baxılıb. Məhkəmə icra başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında verdiyi şikayətini təmin etməyib. Beləliklə, Xaçmaz Rayon Məhkəməsinin son qərarı ilə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun 10 min 500 manatlıq arpa pulu borcu ilə bağlı səsləndirilən iddialara görə, kənd sakinlərinin cinayət məsuliyyətinə cəlb olunması tələbi təmin edilməyib. Bu qərar xüsusi ittiham qaydasında aparılan prosesə yekun vurub. İcra başçısı qərarla barışmaq istəməyib və Sumqayıt Apellyasiya Məhkəməsinə üz tutub. Başçının "arpa işi" üzrə apellyasiya instansiyasına təqdim etdiyi şikayətə hələ ki, baxılmayıb.

Mənbə: Musavat.com

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Bu gün, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Dünən, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Oxşar xəbərlər