Yeni tədris ili başlayar-başlamaz Saray qəsəbəsində ictimai nəqliyyatla bağlı problem gündəmə gəlib.
Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, "Saray-H" MTK və "Jasmin Park" komplekslərində yaşayan, Bakıya işə və dərsə gedən insanlar 508 nömrəli avtobusların intervalının uzadılmasından əziyyət çəkirlər.
Şikayətçilər bildirirlər ki, avtobuslar bəzən 30 dəqiqə, hətta daha uzun intervalla gəlir. Bu müddət ərzində dayanacaqda çox sayda sərnişin toplanır və avtobus gəldikdə basabas yaranır. Nəticədə sərnişinlərin bir qismi avtobusa minə bilmir və getdikləri yerə gecikir.
Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu ünvanlanıb.