Sumqayıtda külək fəsadlara yol açıb. Sumqayıt24 bu haqda 29 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Belə ki, 45-ci məhəllədə yerləşən 14 mərtəbəli binanın fasadında küləyin təsirindən dəmir parçaları qopub və ətrafdakı insanlar üçün təhlükə yaranıb. FHN-in xilasediciləri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.