Sumqayıtda küçədə yıxılan kişi ölüb. Sumqayıt24 bu haqda 23 iyul tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə 10-cu mikrorayon ərazisində baş verib. 75 yaşlı Kamal Həsənov 15 gün əvvəl küçədə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər almışdı. Həkimlərin səylərinə baxmayaraq, o, bu gün xəstəxanada dünyasını dəyişib.
Fakt araşdırılır.