Sumqayıtda 2021-ci ildə təhvil verilməli olan binanın hazır olması hələ də gecikir. Bu haqda 13 fevral tarixində Sumqayıt24 Xeberle.com-a istinadən məlumat verir.
Söhbət 8-ci mikrorayonda yerləşən "Mirxəlil-F” MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli binadan gedir. Bina 2019-cu ildə tikilməyə başlayıb.
Şikayətçi vətəndaşlar bildirirlər ki, 2 ildən çoxdur ki, binanın tikintisinin nə vaxt yekunlaşacağı ilə bağlı heç bir məlumat verilmir.