2 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) mülki müdafiə məşqi baş tutub. Sumqayıt24 bu haqda 7 mart tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
"Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili" mövzusunda təlim 3 siqnal üzrə keçirilib. ASM-in baş həkimi, Mülki müdafiə rəhbəri Mehparə Cavadova şərti siqnalı verərək, məşqə start verib:
- İlk siqnalda baş verən zəlzələ nəticəsində tibb ocağında dağıntı və tələfatın olduğu bildirilib;
- İkinci siqnalda zəlzələnin təsirindən Etilen-polietilen zavodunda 10 tonluq xlor çəninin dağılaraq ətrafa yayıldığı və nəticədə kimyəvi zəhərlənmələr olduğu qeyd olunub;
- Sonuncu siqnalda isə 2 nömrəli ASM-in elektrik xətlərində yaranmış qısaqapanmadan yanğın baş verdiyi vurğulanıb.
Mülki müdafiə qərargahının üzvləri təhlükələrin aradan qaldırılması üçün müvafiq tədbirlərdən bəhs ediblər.