top
2 uşaq anası TikTokdakı sevgilisinə görə Sumqayıtdan Qubaya qaçdı, bıçaqlandı
13 aprel 2026, 17:30
- ↺ +

2 uşaq anası "TikTok"dakı sevgilisinə görə Sumqayıtdan Qubaya qaçdı, bıçaqlandı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtdan Quba rayonuna gedib bacısını öldürməyə cəhddə təsirləndiriləndirilən Murad Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Məhərrəmov 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il sentyabrın 23-də Quba rayonunun Xucbala kəndində baş verib. Kənd sakini Elməddin Lalayev 4 dəfə ailəli olub boşanandan sonra Sumqayıt şəhər sakini, 2 uşaq anası olan Şamama Kərimova ilə "TikTok" sosial şəbəkəsində tanış olub. Ailəli olan Ş.Kərimova Elməddinə həyat yoldaşından narazılıq edib və evdən qaçmaq istədiyini bildirib. Kənddə çoban işləyən Elməddin Şamama ilə bir müddət sevgili kimi danışıb. Şamama isə onunla evlənmək istədiyini bildirib. Sentyabrın 21-də Elməddin taksi ilə Sumqayıt şəhərində Şamama ilə görüşüb və onlar birlikdə Quba rayonunun Xucbala kəndinə gediblər.

Həmin gün Şamama Kərimovun həyat yoldaşı qadının evə gəlmədiyini görüb, bu barədə onun qardaşı Murad Məhərrəmova məlumat verib. M.Məhərrəmov bacısı ilə əlaqə saxlayıb. Məlum olub ki, Şamama Kərimova Elməddin adlı şəxslə evlənmək məqsədilə Quba rayonuna qaçıb. Murad özü ilə bıçaq götürərək, Quba rayonu Xucbala kəndinə gedib, Elməddinin evini soruşub. Həmin vaxt o, kənd ərazisində zibil atmağa gedən bacısı Şamama ilə rastlaşıb. Bacı-qardaş arasında mübahisə yaranıb və Murad Şamamaya 8 bıçaq zərbəsi endirərək, onu öldürməyə cəhd edib. Daha sonra Murad hadisə yerindən qaçıb.

Ş.Kərimova xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən M.Məhərrəmov saxlanılıb.

Mənbə: Oxu.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
24 oktyabr 2026, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
24 oktyabr 2026, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
24 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Oxşar xəbərlər