Sumqayıtda qumbara tapılıb. Sumqayıt24 bu haqda 5 iyun tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə 22-ci məhəllədə qeydə alınıb. Məişət tullantılarının üzərində 2 ədəd “F-1” markalı əl qumbarası aşkarlanıb.
Polisə məlumat verilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Araşdırma aparılır.