Sumqayıtda qəza baş verib. Sumqayıt24 bu haqda 12 avqust tarixində Report.az-a istinadən xəbər verir.
Yolu keçən 24 yaşlı Ramin Musayevi avtomobil vurub. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma və qapalı fəqərə sütununun travması diaqnozu qoyulub.
Araşdırma aparılır.