Sumqayıtda Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin kollektivi şəhidin xatirəsini yad ediblər. Bu haqda 30 mart tarixində Sumqayıt24 təhsil ocağına istinadən xəbər verir.
Tədris müəssisəsinin müəllim və şagird kollektivi məktəbin ilk şəhid məzunu Eylaz Məmmədovun doğum günü münasibətilə ailəsini ziyarət ediblər. Görüşdə şəhidin keçdiyi şərəfli həyat yolundan danışılıb.