Sumqayıt xəstəxanasında vəfat edən 3 aylıq körpənin atası hüquq-mühafizə orqanlarına müraciət edib. Bu haqda 5 aprel tarixində Sumqayıt24 Qafqazinfo.az-a istinadən xəbər verir.
Xaçmaz rayon sakini, 31 yaşlı R.Mirzəyev 3 aylıq övladının “Nesta Med” klinikasının həkiminin səhvi ucbatından öldüyünü iddia edib.
O bildirib ki, martın 31-də övladını klinikaya aparıb və Bəxtiyar adlı həkim körpəni müalicə edib. Lakin az sonra uşaq dünyasını dəyişib.
R.Mirzəyevin müraciəti ilə bağlı araşdırmalara başlanılıb.