top
300 bal toplayan Sumqayıt şagirdlərindən tövsiyyələr
14 aprel 2025, 01:18
- ↺ +

300 bal toplayan Sumqayıt şagirdlərindən tövsiyyələr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Buraxılış imtahanında 300 bal toplayan Sumqayıt şagirdləri təəsüratlarını bölüşüblər.

“Azərbaycan müəllimi” onlayn qəzeti yüksək nəticə göstərən məktəblilərlə danışıb: 

Aişə Məmmədli Mikayıl Müşfiq adına Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbin 11-ci sinfində oxuyur. Məqsədyönlü gənc  hər zaman planlı dərs oxumağa və nizam-intizamlı olmağa çalışıb. Vaxtını düzgün böldüyü üçün gününü yalnız dərs oxumaqla keçirmir, maraq dairələrinə uyğun fəaliyyətlə məşğul olmağa da müvəffəq olub. Təhsil aldığı dönəmlərdə şəhər və respublika üzrə keçirilən müxtəlif intellektual yarışlarda, "Məktəblinin dostu" layihəsinin təşkil etdiyi müsabiqələrə qatılıb və iştirakçısı olduğu komanda ilə 1, 2-ci yerlərə layiq görülüb: 

“Mənim üçün uğurun sirri çox oxumaq deyil, düzgün oxumaqdır. Bütün fənləri həvəslə oxumuşam. Amma biologiya, ingilis dili, riyaziyyata daha çox maraq göstərmişəm. Valideynlərim isə hər zaman məni ruhlandırmağa, hər bir cəhətdən dəstək olmağa çalışıblar”. 

Buraxılış imtahanı ilə bağlı təəssüratlarını bölüşən istedadlı şagird bildirir ki, imtahan zamanı həyəcanlansa da, bu, məsuliyyətdən irəli gələn bir hiss olub. Ancaq suallarla tanış olduqdan sonra həyəcanı sıfıra enib:

“Yüksək bal toplayacağıma əmin idim. Maksimal nəticə göstərdiyimi öyrənəndə yaşadığım hisslər əvəzolunmazdır. Gələcəkdə hər bir abituriyentə bunu yaşamağı arzu edirəm. Yüksək nəticə göstərmək məni qəbul imtahanına daha həvəslə çalışmağıma səbəb olur. Bildirmək istərdim ki, bütün müəllimlərim hər zaman mənə dəstək olub. Sinif rəhbərim Təranə müəllim daim məni ruhlandırıb. Xüsusilə biologiya müəllimim Camal Kərimovu vurğulamaq istərdim, tanıdığım gündən   motivasiya qaynağım olub. Buna görə ona sonsuz təşəkkürümü bildirirəm”. 

Aişə Azərbaycan Tibb Universitetinin "Tibb" ixtisasını seçməyi planlaşdırır: “Uşaqlıq arzu və istəklərim məni bu ixtisası seçməyə sövq edir. Gələcəkdə tibb ixtisası üzrə xaricdə təhsilimi davam etdirmək, yeniliklərlə tanış olmaq, peşəkar həkim olaraq xalqıma xidmət etmək istəyirəm”.

Aişə yüksək nəticə əldə etmək istəyən abituriyentlərə tövsiyə edir ki, planlı, disiplinli və məqsədli olsunlar. Vaxtlarını düzgün bölüb, dərs oxumaqla yanaşı, düzgün istirahət etməyə də çalışsınlar: 

“Uğur qazanmaq üçün hər şeydən imtina etmək, hər şeydən məhrum olmağa ehtiyac yoxdur. Daha öncə vurğuladığım kimi, çox oxumaq yox, düzgün oxumaq lazımdır. Bu zaman uğur sizinlə olacaq”.

Nuray Hüseynzadə Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin şagirdidir. Valideynlərinin, müəllimlərinin dəstəyi, dərslərinə məsuliyyətli yanaşma, daim öz üzərində çalışma Nurayın müvəffəqiyyət əldə etməsi üçün əsas təkan olub. Seçilməyi bacaran məktəbli qız 1-ci sinifdən 11-ci sinfə qədər əlaçı olub, müəllimlərinin sevimli şagirdinə çevrilib. Nuray onu addım-addım uğura aparan anları bizimlə bölüşür: 

“İmtahanda sualların mənim üçün asan olduğunu gördüm. Çünki hazırlaşdığımız aylarda mən hər cür sual işləməyə çalışırdım. Cavablar çıxmamışdan öncə də maksimal nəticə göstərəcəyimə əmin idim. Bununla belə nəticələr elan olunduqdan sonra özümü çox xoşbəxt hiss etdim. Uğurum valdeynlərimi və müəllimlərimi hədsiz sevindirir, bu məni daha da ruhlandırır. Mənə hər zaman dəstək olan və dəyərli biliklər öyrədən müəllimlərimə - sinif rəhbərim Nərmin Xıxlara, fənn müəllimlərim Aydan Əliliyə, Gülnar Sadıqovaya, Sevinc Mehdiyevaya, Bəhruz Zeynalova və Yadigar Əliyevə çox minnətdaram”.

Nuray onun kimi uğur qazanmaq arzusunda olan şagirdlərə yorulmadan və həvəslə dərslərinə çalışmağı, heç bir zaman ümidsizliyə qapılmamağı məsləhət görür: 

“Şagirdlərə bacımın daim mənə verdiyi məsləhəti deyərdim: hər cür sualla tanış ola bilməyiniz üçün tapşırıqlarınızı yerinə yetirin”.

Riyaziyyat, fizika və informatika fənlərini daha çox sevən, fizika və informatika üzrə olimpiadalarda iştirak edən Nurayın uşaqlıqdan arzusu proqramçı olmaqdır. O, özünü inkişaf etdirərək bu sahə üzrə də ən uğurlu mütəxəssislərdən biri olmağı hədəfləyib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:12

Sərnişinlər qapıların bağlanmasına mane oldu, qatar gecikdi

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
Dünən, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:09

Qoyun leşləri günlərdir ərazidən yığışdırılmır…

Bütün xəbərlər
Dünən, 17:42

Sumqayıtda velosiped və skuterlərin hərəkəti üçün yeni addım

Bütün xəbərlər
Dünən, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda tələbə qız ölü tapılıb

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda qadının dələduzluq sxemi: pensiya, iş və hərbi xidmətdən azadolma vədləri

Bütün xəbərlər
Dünən, 15:30

Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtda maşın qaz xəttinə çırpılıb

Bütün xəbərlər
Dünən, 14:15

Nazir müavini tələbələrin geyim qaydalarından danışdı

Bütün xəbərlər
Dünən, 13:42

Sumqayıtda 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:07

"Tam Store" buna görə CƏZALANDIRILDI

Bütün xəbərlər
Dünən, 12:30

Ardıcıl dörd gün iş olmayacaq – TARİXLƏR

Bütün xəbərlər
Dünən, 12:00

Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıtlıları noyabrda maraqlı səma hadisəsi gözləyir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:50

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 10:20

Novxanı yolunda ağır qəza - 5 nəfər yaralandı

İdman
Dünən, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

İdman
Dünən, 09:11

Ceyranbatan məktəblisi beynəlxalq yarışın BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
01 noyabr 2026, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
01 noyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Oxşar xəbərlər