Sumqayıt təhsil müəssisəsinin müəllimi peşəkar karyerasında uğura imza atıb. Bu haqda 24 iyun tarixində Sumqayıt24 xəbər verir.
42 nömrəli məktəbin ibtidai sinif müəllimi Qəşəng Baxışova 2023-2024-cü tədris ilinin nəticələrinə əsasən, “Sağlam Gələcək naminə fiziki aktiv ol!” (İSİM) layihəsi çərçivəsində Sumqayıt üzrə "İlin müəllimi" adını qazanıb.